Bilik günü həyəcanı FOTOlarda

16 Sentyabr 2019 11:09

Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.

Ümumtəhsil məktəblərinin I sinfində 164 234 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Trend Bilik Günü Bakı məktəblilərinin sevinc, arzu dolu fotolarını təqdim edir.

Milli.Az