Eltun Turabov 90 dəqiqə oynadı, komandası "Kukesi"ni məğlub etdi

16 Sentyabr 2019 09:26

Albaniya Super Liqasında dördüncü turun görüşləri keçirilib.

Milli.Az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" "Kukesi"ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Eltun oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. 22 yaşlı müdafiəçi əvvəlki üç qarşılaşmada da meydanda olub.

"Biliş" dörd turdan sonra yeddi xal toplayıb və on komanda arasında üçüncüdür.

Milli.Az