Tünisdə prezident seçkilərində səsvermə başa çatıb

15 Sentyabr 2019 23:54

Tunisdə növbədənkənar perzident seçkilərinin birinci turu başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Seçkilər üzrə Ali Müstəqil Komissiyanın rəhbəri Nabil Baffun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birinci turda saat 20:00 (GMT+4) üçün seçicilərin aktivliyi 35 faiz təşkil edib.

Məlumata əsasən, seçkilərin nəticələri qanuna uyğun olaraq 3 gün ərzində bəyan edilməlidir.

Qeyd edək ki, Tunisin prezidenti postuna 24 nəfər namizədliyini irəli sürüb.

Milli.Az