Ağcabədidə yol qəzası, sürücü öldü

15 Sentyabr 2019 23:22

Ağcabədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb. Minik avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az