Qazaxıstanda avtobusla qatar toqquşub, ölən və yaralananlar var

15 Sentyabr 2019 21:46

Qazaxıstanın Alma-Ata vilayətində avtobusla qatar toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər.

Məlumata əsasən, toqquşma Şamalqan stansiyası yaxınlığında baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Milli.Az