Hacı Nuran yeni mövsümdən etibarən bu telekanalda işləyəcək

15 Sentyabr 2019 19:21

Aparıcı Hacı Nuran Hüseynovun ATV-də apardığı "Həyat" layihəsi yekunlaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bundan sonra "Xəzər" TV-də aparıcılıq edəcək.

Hacı Nuran ilk layihəsi "Xeyir körpüsü" ilə izləyicilərin qarşısına çıxacaq.

Lakin bu dəfə verilişdə başqa format icra olunacaq. Ehtiyacı olan ailələrin evi təmir ediləcək. Artıq verilişin bir neçə bölümü çəkilib.

Milli.Az