Altmış ilin Brilliantı - Bu gün sənətçinin ad günüdür

15 Sentyabr 2019 16:06

Bu gün Xalq artisti Brilliant Dadaşovanın 60 yaşı tamam olur.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, Brilliant Dadaşova 15 sentyabr 1959-ci ildə Bakı şəhərində anadan olub. Onun musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlanıb. 1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın əməkdar artisti adı verilib. 1999-cu ildə Brilliant Dadaşova bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbayıl rayon bələdiyyəsinə üzv seçilib. 2008-ci ildə Brilliant Dadaşovanın iki diskdən ibarət "Masal Dünyam" adlı musiqi albomu çıxıb. Həmin il Brilliant Dadaşova Azərbaycanın Xalq artisti fəxri adına layıq görülür.

Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.

Milli.Az