Türkiyədə sərnişin avtobusu aşdı: 1 ölü, 40 yaralı

15 Sentyabr 2019 11:58

Türkiyədə İstanbul-Antalya marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Anıtkaya ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 40 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Milli.Az