16 yaşında La Liqanın tarixinə düşdü

15 Sentyabr 2019 12:11

"Barselona"nın 16 yaşlı futbolçusu Fati dünən La Liqada "Valensiya"ya qarşı matçda (5:2) bir qol və bir qol ötürməsinin müəllifi olub.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, o, 2-ci dəqiqədə hesabı açıb, 7-ci dəqiqədə isə Frenk de Yonqa qol ötürməsi edib. İspaniya mətbuatı yazır ki, bununla da Fati bir oyunda həm qol vuran, həm də qol ötürməsi verən ən gənc oyunçu kimi La Liqa tarixinə düşüb.

Bu arada yayılan başqa xəbərə görə, Fati Portuqaliya deyil, İspaniya millisində oynamaq qərarı verib.

Milli.Az