Yenə terror: 8 məmur öldürüldü

15 Sentyabr 2019 12:10

"Aş-Şabab" qruplaşmasının silahlıları Somalidə səkkiz məmuru qətlə yetirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Orta Şabelle əyalətinin qubernatoru və avtomobildə onunla birgə olan daha dörd məmur yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub.

Eyni gündə Keniya ilə sərhəddə yerləşən Beled-Xavo şəhərində rayon administrasiyasının üç əməkdaşı öz evlərində tutularaq öldürülüb.

Hər iki hücumun məsuliyyətini "Aş-Şabab" qruplaşması üzərinə götürüb.

Milli.Az