Rusiyada vertolyot itdi

15 Sentyabr 2019 11:46

Rusiyada vertolyot itib.

Milli.Az Unikal.org-a istinadən xəbər verir ki, Yakutiyada filiz və qiymətli metal emalı ilə məşğul olan "Nera-Antaqaçan" şirkətinə məxsus vertolyotla əlaqə kəsilib.

Sentyabrın 13-də Ust-Nera qəsəbəsindən Oymyakon rayonu ərazisindəki Utoçan dərəsinə uçan vertolyot sentyabrın 14-də Ust-Nera qəsəbəsinə qayıtmalı olsa da, vertolyotdan xəbər yoxdur. Vertolyotun göyərtəsində pilot və şirkətin 2 işçisi olub.Vertolyotun axtarışlarına başlanıb.

Milli.Az