ABŞ-da da atışma olub: 1 ölü

15 Sentyabr 2019 10:39

ABŞ-ın Vaşinqton ştatının Siettl şəhərində baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sentyabrın 13-dən 14-ə keçən gecə naməlum şəxs metro stansiyada insanlara atəş açıb. Hadisə nəticəsində ən azı üç nəfər yaralanıb, biri xəstəxanada ölüb.

Polis şübhəli bilinən şəxsin axtarışını aparır, istintaq başlayıb.

Milli.Az