Bu ölkədə silahlı qarşıdurma: 23 hərbçi öldü

15 Sentyabr 2019 10:14

Mərkəzi Afrika Respublikasında iki silahlı qrup arasında baş verən qarşıdurmalar zamanı iyirmi üç hərbçi öldürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Birao şəhəri yaxınlığında baş verib.

Məlumata əsasən, toqquşmaların iştirakçıları İntibah xalq cəbhəsi və Ədalət uğrunda Mərkəzi Afrika xilaskarlarının hərəkatı üzvləridir.

Milli.Az