Yaponiyada taksi sürücüsü maşını piyadaların üstünə sürdü: ən azı 7 nəfər...

15 Sentyabr 2019 09:44

Yaponiyanın Naqoya şəhərində bir qrup piyadanın üstünə taksi sürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində ən azı 7 nəfər xəsarət alıb.

Məlumata əsasən, hadisə sentyabrın 14-də axşam saatlarında baş verib. Yaralılar xəstəxanya yerləşdirilib. Onlardan biri ciddi xəsarətlər alıb.

Polis 70 yaşlı taksi sürücüsünü saxlayaraq hadisənin səbəbini öyrənir.

Milli.Az