Putin Köçəryanla Yerevan həbsxanasında görüşəcəkmi?

14 Sentyabr 2019 23:11

Son zamanlar Ermənistan mətbuatında Rusiya prezidenti Vladimir Putinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla onun saxlanıldığı Yerevan təcridxanasında görüşəcəyi barədə şayiələr yayılır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Kreml ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan arasında görüşün baş tutması imkanlarını şərh edib.

"Hələ dəqiq heç nə bilmirik", - deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "Sputnik Ermənistan"ın müxbirinin sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, oktyabrın 1-də İrəvanda Ali Avrasiya Şurasının iclası keçiriləcək. Burada iştirak etmək üçün Rusiya Prezidenti Vladimir Putinin də Ermənistana səfəri gözlənilir. Ermənistanın ikinci prezidenti ilə yaxın münasibətlərini nəzərə alaraq, son vaxtlar mətbuatda tez-tez onlar arasında baş tutacaq görüş barədə şayiələr yayılır.

Köçəryan 2008-ci ilin martında konstitusiya quruluşunu devirmək ittihamı ilə hazırda həbsdədir. Sentyabrın 12-də məhkəmən iclasda keçmiş prezidentin vəkilinin onun həbsinin ləğvi barədə qaldırdığı vəsatətə baxış keçirib. Sentyabrın 17-də isə Köçəryana hökm oxunacaq.

Milli.Az