“Kurtlar Vadisi Pusu”: gərginlik yüksəlir - VİDEO

14 Aprel 2010 10:18
Azərbaycanda da geniş tamaşaçı kütləsi tərəfindən izlənən serialın 87-ci seriyasında bir sıra suallar cavabını tapacaq:

Abdülheyin silahından çıxan güllə kimə dəyəcək?

İsgəndər, izinə düşən Mematidən qurtulmaq üçün kimdən yardım istəyəcək? Memati düşdüyü tələdən necə xilas olacaq?

Polat və Memati arasındakı gərginlik sona çatacaqmı? Ünsal Kemal Mematini hansı işə sürükləyəcək?

Polat Ələmdarın qarşısına çıxan İsgəndərin sürpriz arzusu nə olacaq?

Serialın müəllifi "Panafilm" şirkətinin saytında yerləşdirilmiş məlumata görə, bu həftə yayımlanacaq bölüm "Kurtlar Vadisi Pusu"nun ən həyəcanlı seriyalarından biri olacaq.

Milli.Az