Göygöldə ana və 5 yaşlı övladı xəstəxanalıq oldular

14 Sentyabr 2019 17:22

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb. 

Yol-nəqliyyat hadisəsi zamanı rayon sakini, 1996-cı il təvəllüdlü Bağırova Ulduz və onun 5 yaşlı övladı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az