“Heç kim özünü Ronadu və Messi ilə müqayisə edə bilməz” – Qvardiola

14 Sentyabr 2019 14:40

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola hücumçuları Rahim Sterlinq haqda fikirlərini bildirib.

Milli.Az qol.az -a istinadən xəbər verir ki, Qvardiola deyib: "Mən çox sevinirəm ki, Sterlinq həm klubu, həm də milli komandasında yaxşı oynayır. Biz ona daha yüksək səviyyəyə qalxmağa kömək etməliyik".

Qvardiola Sterlinqin Ronaldo və Messi ilə müqayisə olunmasının əleyhinədir:

"Mən ona mətbuatı az oxumağı tövsiyə edirəm. Bu, onun ziyanına işləyə bilər. Axı bu gün heç kim özünü Ronadu və Messi və onların son 10 ildə hər həftə etdikləri ilə müqayisə edə bilməz. Onlar həqiqətən əfsanədirlər".

Milli.Az