Keçmiş məmurun qızı evində ÖLÜ TAPILDI - Tanınmış vəkil idi - FOTO

14 Sentyabr 2019 12:50

Keçmiş Balıkesir Bələdiyə Başçısı Sami Gökdenizin qızı - tanınmış vəkil Ebru Gökdeniz evində ölü tapılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, onun nəşi dünən yerli vaxtla saat 19:40 radələrində yatağında aşkar edilib.

Prokurorluğun araşdırmasından sonra Gökdenizin ölüm səbəbi aydınlaşdırılmaq məqsədi ilə ədliyyəyə təqdim ediləcək.

Məhəmməd Vaqif
Milli.Az