Falkao "Qalatasaray"a qələbə qazandırdı

13 Sentyabr 2019 23:47

Türkiyə Super Liqasında IV tura start verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, turun açılış matçında son çempion "Qalatasaray" doğma azarkeşləri önündə "Kasımpaşa"nı qəbul edib. Qarşılaşma "sarı-qırmızılar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu İstanbul təmsilçisinin yeni transferi Radamel Falkao vurub.

Milli.Az