Neymar qayıdır - Tuheldən açıqlama

13 Sentyabr 2019 21:45

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 5-ci turunda sabah "Strasburq"la matçda oynayacaq.

Milli.Az Qol.az-a istinadən bildirir ki, bu barədə Paris klubunun baş məşqçisi Tomas Tuhel məlumat verib:

"Transfer dönəmi geridə qaldı. Kimlərlə yolumuza davam edəcəyimiz dəqiqləşdi. Neymar komandanın bir üzvüdür. O, artıq PSJ-yə köklənə bilər".

Qeyd edək ki, Neymar ölkə çempionatında bundan əvvəlki 4 turda oynamayıb. Onun bu yay "Barselona"ya qayıdacağı iddia olunurdu.

Milli.Az