Bu ölkədə yağışlar dörd nəfərin ölümünə səbəb olub

13 Sentyabr 2019 19:57

İspaniyanın bəzi bölgələrində yağan şiddətli yağışlar dörd nəfərin ölümünə səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkənin meteorologiya agentliyi yağış və güclü küləklə əlaqədar xəbərdarlıq edib.

Bəzi yaşayış məntəqələrində ən yüksək, qırmızı təhlükə səviyyəsi elan olunub.

Kəskin hava şəraiti ilə bağlı məktəblərdə dərslər dayandırılıb. Yollar bağlanıb, dəmir yollarında hərəkət qismən dayandırılıb.

Milli.Az