“Allaha şükür ki, belə anam var” - Brilliantın oğlu

13 Sentyabr 2019 21:30

"Anam Türkiyəyə gəlmişdi. İşdən qayıtdım ki, anam motosikletimi satıb. Halbuki onu çox sevirdim".

Milli.A axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Ulduzlu yayım" proqramında Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad söyləyib.

O, verilişdə doğum günü keçirilən anası barədə danışıb və onu təbrik edib:

"Çox sağ ol ki, varsan və məni həyata gətirmisən. Böyük qız olasan. Səni sevirəm. Allaha şükür ki, belə anam var".

Cahad aparıcı Günay Firuddinqızının ona ünvanladığı "Nə vaxt evlənirsən" sualına isə "Allah qismət edəndə" deyə, cavab verib.

Milli.Az