Yerli fermerlərə və təsərrüfatçılara şad xəbər

13 Sentyabr 2019 16:50

"Siyəzən Broyler" ASC yem ehtiyatının artırılması üçün yerli təsərrüfatçılara və istehsalçılara əməkdaşlıq təklif edir. 

Nəzərinizə çatdırırıq ki, Siyəzəndə istehsal olunan və toyuqların təbii şəkildə qidalanmasını təmin edən yem,  məhz Siyəzənin öz ərazisində yetişdirilən, becərilən dənli bitkilərdən hazırlanır, həmçinin öz ərazisində yerləşən, yem fabrikində istehsal olunur. Qeyd edək ki, Siyəzənin öz ərazisində məhz yem istehsalı üçün ayrılan böyük bir əkin sahəsi mövcuddur, bu ərazidə Siyəzən təbii yeminin əsas tərkib hissəsini təşkil edən qarğıdalı, soya, buğda və s. dənli bitkilər becərilir, yetişdirilir və yem istehsalı üçün xam mala çevrilir.

"Siyəzən Broyler" ASC-nin yem fabriki 2017-ci ilin Sentyabr ayından etibarən yenidən qurulmağa başlandı. Fabrikdə saatda 20 ton yem istehsal gücü olan müasir avadanlıqlar və saatda 10 ton emal gücü olan Ekstruder avadanlığı quraşdırıldı. Müəssisənin ərazisində yem fabrikinin tələbatının ödənməsi və əlavə xammal ehtiyatının saxlanılması üçün 4 ədəd 2000 tonluq silos və hazır yemin saxlanması üçün 8 ədəd 50 tonluq bunkerlər tikildi.

Bütün görülən işlərlə yanaşı "Siyəzən Broyler" ASC yem ehtiyytının artırılması və genişləndirilmiş təsərrüfatda, yetişdirilən, toyuqların qidaya olan təlabatının tam ödənilməsi məqsədilə yerli fermerlər və təsərrüfatçılarla iş birliyinə başlamaq istəyindədir.
                                                              
                                                               Təklif

Payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq, toyuqlar üçün yetişdirilən və istehsal olunan təbii yemin istehsalını daha da gücləndirmək və yem ehtiyatının artırılması məqsədi ilə yerli yem istehsalçıların və təsərrüfatçıların satış təklifləri qəbul olunur. 
Təsərrüfatçılardan alınacaq xammala aiddir:

1.Qarğıdalı
2. Soya və yağı
3. Günəbaxan və yağı
4. Buğda
5. Kəpək unu (Bonkalit)

Qeyd:

1. Təkilf olunan xammal, öz laboratoriyamızda, analizlərdən keçdikdən sonra və lazımlı standartları qarşıladıqdan sonra istehsalçıdan alınacaqdır. 
2. Əgər təklif olunan xammal və bizim tərəfimizdən nümunə kimi göstərilən xammal arasında keyfiyyət fərqi olarsa, sifariş miqdarı qədər istehsalçıya cərimə tətbiq olunacaqdır.
3. Xammal laborator analizlərdən keçdikdən və bizim ambarlara yığıldıqdan sonra, ödəmə ediləcəkdir. 

Diqqət!

Danışıqlar yalnız yerli istehsalçılarla və birbaşa olaraq aparılacaqdır.

Ətraflı məlumat üçün: +9940554004477