"Mançester Yunayted"də ciddi itkilər - 3 ulduz oynamayacaq

13 Sentyabr 2019 18:39

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 5-ci turunda "Lester"lə qarşılaşacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer klubun saytına açıqlamasında deyib. Norveçli mütəxəssis, səhhətində problemlər olan Luk Şou, Antonio Marsial və Pol Poqbanın Leicester-lə qarşılaşmada iştirak etməyəcəyini bildirib.

Sabah keçiriləcək "Mançester Yunayted" - "Lester" matçı saat 18:00-da start götürəcək.

Milli.Az