Komitə sədri: "İlin sonunadək 6000-ə qədər məcburi köçkün yeni mənzillərə köçürüləcək"

13 Sentyabr 2019 17:29

"Qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması prosesi davam edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, bununla bağlı mütəmadi iş aparılır: "Cənab Prezidentin tapşırığına əsasən, bu ilin sonuna kimi 6000-ə qədər məcburi köçkün mənzillə təmin olunacaq".

Milli.Az