Səbaildə "Tofaş" divara çırpıldı

14 Aprel 2010 09:08
Belə ki, "Tofaş" markalı avtomaşında yaranan nasazlıq qəza ilə nəticələnib. Qəza baş verən Mikayıl Hüseynov küçəsinə Səbail rayon dövlət yol polis şöbəsininin əməkdaşları gələrək ilkin müayinələr aparıblar.

"Sürücünün ilkin izahatına görə təkərin partlaması nəticəsində sükana nəzarəti itirib. Sürücü həkimdən tibbi müayinə aktının alınması və sərxoş olub-olmamasını yoxlamaq üçün göndərilib. Hadisə yerinə də evakuator gəlib avtomaşını götürəcək" - deyə Yol nəqliyyat hadisələri üzrə baş inspektor Əli Abbasov bildirib.

Qeyd edək ki, divara çırpılan avtomaşın hər tərəfdən tamam yararsız hala düşüb. Hadisənin dəqiq baş vermə səbəbləri təyin olunacaq avtotexniki ekspertizanın verəcəyi yekun rəydən sonra məlum olacaq.

/ANS TV/