Cəmil və komandası: çirkablıqda söyüş söyənlər

13 Sentyabr 2019 15:31

Xarici ölkələrə sığınaraq "söyüş müxalifəti" adlı mərəzi formalaşdıran, çoxu qeyri-adekvat olan insanların dəstələşməsi prosesi gedir. Həmin dəstələrin hələlik dörd "ağsaqqalı"ı  var - Cəmil Həsənli, Əli Kərimli, Qurban Məmmədov və Rəsul Quliyev. Bir "ağbirçək" də liderlik etməyə çalışır, amma hələlik kölgədədir. Bu, qoca  Leyla Yunusdur.

... Honkonqda rəsmi Pekin istisnasız olaraq bütün sosial şəbəkələrdə və platformalarında  - "Səmaaltı İmperiya"da Facebook, Coogle, Twitter yasaqdır - yeni sosial və siyasi reklam kampaniyası başlanıb. Bu gün səhər başlanmış kampaniyanın sloqanı "Ukraynadakı vəziyyətin burada təkrarlanmasını istəyirsiniz?"dir.

2014-cü ildə Kiyevdəki "Maydan Nezalijnosti"də çəkilmiş şəkilin iki ay əvvəl Honkonqda çəkilmiş foto ilə yanaşı olduğu posterdə yazılıb: "Ukrayna... Avropanın ən kasıb ölkəsi. Adambaşına düşən ÜDM - cəmi 2983 dollar. Aylıq orta gəlir - 210 dollardan az. ÜDM hər il 4 faiz aşağı düşür. Ölkədəki 180 kommersiya bankından 100-ü bağlanıb".

Beləliklə, rəsmi Pekin hələlik mülayim şəkildə anlatmağa çalışır ki, Honkonqdakı etirazlar kənardan idarə olunur, məqsəd də hansısa tələblərin gerçəkləşməsi yox - Çindəki mövcud quruluşu içdən dağıtmaq və sonucda hakimiyyət dəyişikliyinə dövlət çevrilişi vasitəsilə nail olmaqdır.

Çin daxili işlərinə və siyasətinə bu sayaq primitiv və aqressiv müdaxilələrin tam əleyhinədir.

Azərbaycan da eyni mövqe tutub. Lakin dövlətimizə və xalqımıza qarşı aparılan kampaniya Honkonqdakı olaylardan tam fərqli olaraq iyrənc, mənəviyyatsız və əxlaqsızdır.

İş heç də "söyüş müxalifəti"nin aqressivliyində, ədəb və ərkan qaydalarını tapdalayaraq küçə sözlərini siyasi ritorika, ədəbsizliyi - siyasi mübarizə vasitəsi, böhtan və sərsəm iddiaları isə - arqument saymasında deyil.

Məsələ bu marioentlərin Azərbaycandan kənardakı qüvvələrin ustalıqla idarə etməsində, ölkəmizdəki radikal müxalifət liderlərinin də ikiüzlülük edərək sözdə "biz söyüş müxalifətinə qarşıyıq" demələrində, işdə isə həmin adamlara tam və hüdudsuz dəstək verməsindədir.

Daxildəki müxalifət arasındakı didişmələr də kənardan "dəstək" axtarışını sürətləndirir.

Məsələn, "Respublikaçı Alternativ" hərəkatı (REAL) özünü partiya saysa da, siyasi partiyaların fəaliyyətinin klassik anlamında davranmır. Yaxud da davrana bilmir. REAL sıralarında yetərincə savadlı, bacarıqlı, intellektli insanlar olsalar da, bu siyasi dərnəyin lideri İlqar Məmmədov tam bir siyasət uğursuzudur.

Həbsdə olarkən az qala "Azərbaycanın Nelson Mandelası" kimi bəh-bəhlə təriflənən, "gələcək prezident" kimi təqdim olunan bu adam azadlığa çıxandan sonra keçirdiyi ilk mətbuat konfransında nüfuzuna və imicinə elə zərbə vurdu ki, hələ də özünə gələ bilmir.

İlqar Məmmədov xəyallar dünyasında yaşayır, REAL sədri sayılsa da, sürreal təfəkkürlü və irreal düşüncəli insandır.

Onun etdiklərinin, dediklərinin və arzuladıqlarının reallıqla heç bir əlaqəsi yoxdur.

İ.Məmmədov indi sosial şəbəkələrdə memə, müxalifət düşərgəsində isə karikatur personaja çevrilib.

"Müstəqil bloqer" Bəxtiyar Hacıyevlə ABŞ-da yaşayan REAL-çı Zöhrab İsmayıl arasında Facebook-dakı mübahisə müxalifət düşərgəsindəki vəziyyəti tam dəqiqliklə ortaya qoyur.

Tərəflər bir-birlərini təhqir edir, sonra "hakimiyyətə işləmək"də suçlayırlar.

Bu, müxalifətin sevimli ittihamı, son arqumenti sayılır və geniş istifadə olunur.

Xüsusilə də AXCP sədri Əli Kərimlinin və onun "müdrik vəziri", müxalifətin "ağsaqqal dədəsi" rolunu könüllü olaraq mənimsəmiş Cəmil Həsənlinin repertuarında "Sən hakimiyyətin agentisən!" ifadəsi xüsusi yer tutur.

Halbuki müxalifət düşərgəsində Cəmil Həsənli təki mimikriya, şəraitə sürətlə uyğunlaşmaq, vəziyyətdən mümkün qədər çox bəhrələnmək, siyasi saxtakarlıq və ikiüzlülk ustası çətin tapıla.

10 il millət vəkili mandatı daşımış professor və əməkdar müəllim Cəmil Həsənli 2005-2013-cü illərdə Fərhad Əliyevin hüquqlarının müdafiə komitəsinin sədri kimi bir vəzifənin də yiyəsi olub.

O Fərhad Əliyevin ki, iqtisadi inkişaf naziri idi və milyardlarlda manatı dövlət büdcəsindən mənimsəməsi iddia olunurdu. İddialar çoxsaylı, güclü, təkziblər isə zəif və inandırıcılıqdan uzaq təsir bağışladığından F.Əliyevin korrupsiyaya bulaşmamış adam sayılması ən azı ironik təbəssüm doğurur.

Cəmil Əliyev yerlisi və "can dostu" Fərhad Əliyevlə radikal müxalifət arasında həm də vasitəçilik edirdi. Daha sadə desəm, F.Əliyevin ayırdığı pulları siyasətçilərə və müxalif yönlü jurnalistlərə paylayırdı.

Öz pulu, öz ətası, öz hədiyyəsi kimi. Şəstlə, qürurla, təbəssümlə.

Cəmil Əliyev o illərdə ətrafındakılara, vədlər verdiklərinə, siyasi fəaliyyətdə dəstəkləyəcəyini dediklərinə rişxənd edirdi.

Niyə də yox: bir neçə cəbhədə yer alıb "Cəbhəni dəstəkləyirəm!" demək, intriqalara qatılmaq və həmişə, hər yerdə sadəcə, öz merkantil maraqlarını güdmək asan iş deyil.

2004-cü ildə Prezidentin İşlər İdarəsinin inşa etdirdiyi binada mənzil vəd olunan kimi AXCP biletini təhvil verən və partiya sıralarını mənzilə dəyişən professor sonra dalbadal iki çağırış millət vəkili oldu, statusundan və səlahiyyətlərindən bəs deyincə bəhrələndi.

Onun qazancından bəhs etmək istəmirəm. Hər halda özü və ailə üzvləri əla bilirlər o pulların məbləğini.

Bəhsim Cəmil Həsənlinin siyasi əqidəsi əlcək, mövqeyini isə flüger kimi dəyişməsidir.

2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkiləri ərəfəsində "Demokratik Qüvvələrin Milli Şurası" adlı marionet qurum yaradılanda C.Həsənli bir ara onunla "Ziyalılar Forumunda" olanları, ona inananları heyrətləndirmişdi.

İslam dini ilə pərdələnənlərin və guya "Milli Şura"dan ayrı fəaliyyət göstərən "Rifah Vətəndaş Hərəkatı" Həsənlinin prezidentlik ambisiyalarını dəstəkləyəndə isə bəlli oldu ki, "İran adlı dövlət" deyib guya özünü "Güney mövzusunun dərin bilicisi, Güney yanğılı" insan kimi göstərməyə çalışan insan heç də belə deyilmiş.

Həmin dövrdə C.Şəsənli "Güney Azərbaycanın milli-azadlıq hərəkatının lideri" kimi cəmiyyətə sıranan, fəqət Güney Azərbaycanda fəaliyyəti və şəxsi çox böyük şübhələr doğuran Mahmudəli Çöhrəqanlı ilə bir araya gəlirdi, "Güney dərdi"ndən danışırdı.

Və elə həmin vaxtlarda Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri, İranın dini lideri ayətullahül-üzma Seyid Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi höccətislam vəl-muslimin Seyid Əli Əkbər Ocaq Nejadla da görüşlərdə bulunduğu iddia olunan Cəmil Həsənli eyni vaxtda bir neçə cəbhəyə oynayır, bir neçə ağanın əmrlərini yerinə yetirirdi.

Gerçəkdən də: İran Mədəniyyət Mərkəzi hara, ABŞ səfirliyi hara, Britaniyanın səfiri ilə çay masası arxasında söhbət hara...

Yaxud da ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) agenti, Tbilisidəki "Chai Khana" qeyri-hökumət təşkilatı ilə pərdələnmiş Kerolayn Liliani ilə Azərbaycandakı "nurçu"ların üzdəki adamlarından olmuş Fərhad Məmmədov arasında vasitəçi Cəmil Həsənli deyildimi?

İndi sırf firqə maraqlarından, düşərgə tamahlarından, qrup hikkəsindən çıxış edən Cəmil Həsənli yeni oyunlar hazırlayır, yeni ssenanilər cızır.

Almaniyada kiçik otağa sığınıb özünü YouTube-da böyük göstərməyə çalışan qeyri-adekvat Rafael Piriyevdən əsla fərqlənməyən Cəmil Həsənlini müdrik və praqmat siyasətçi saymaq olarmı?

Rafael Piriyevin videosu var bu yazıda. Baxın. Belə adamlardan yararlanan Cəmil Həsənliyə isə YouTube-dakı çoxsaylı parazit kanallarda baxa bilərsiniz.

Heyf elmdən və siyasətdən...

Elçin Alıoğlu
Milli.Az