FİFA-nın sabiq vitse-prezidenti ömürlük cəzalandı

13 Sentyabr 2019 15:05

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) keçmiş prezidenti, FİFA-nin sabiq vitse-prezidenti Xuan Anhel Napout futbol faəliyyətindən ömürlük kənarlaşdırılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sözügedən qərar qurumun etika komitəsinin arbitraj palatası tərəfindən qəbul edilib.

Napout rüşvət almaqda günahkar bilinib. O, həmçinin 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, Anhel Napout 2015-ci ildə FİFA-da çalışıb.

Milli.Az