Səhiyyə Nazirliyi Tovuzda baş verən qətllə bağlı məlumat yaydı

13 Sentyabr 2019 13:21

Səhiyyə Nazirliyi Tovuzda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri Firudin Ələkbərli saat 09:17-də kritik vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı cərrahiyyə şöbəsinə qaldırılan zaman kliniki ölüm keçirib.

Göstərilən tibbi yardımlara baxmayaraq yaralını həyatını qaytarmaq mümkün olmayıb. F.Ələkbərli saat 09:49-da dünyasını dəyişib.

Milli.Az