Əri ilə yaşadığı evdə sevgilisiylə görüşən qadın: 10 dəfə cinsi əlaqədə olduq - FOTO

13 Sentyabr 2019 14:58

Antaliyada silah gücünə bir neçə dəfə onu zorlayan Durmuş T.-ni tüfənglə öldürən qadın ilk dəfə hakim qarşısına çıxıb.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, evli və 3 uşaq anası olan Leyla U. adlı qadın prosesdə ifadəsi zamanı "Uşaqlarımın gözü önündə məni zorlamaq istəyirdi. O an tüfəngi gördüm, əlimə götürdüm. Hər şey bir anlıq oldu" deyib.

Məlumata görə, Durmuş T. ailəli olan Leyla U.-nun əri evdə olmadığı bir saatda evlərinə gedərək onunla danışmaq istəyib. Leyla U.-nun "get" deməyinə baxmayaq, Durmuş T. qapının ağzında dayanıb. Qətl olayı da məhz bundan sonra baş verib.

Müdafiəsi zamanı Leyla U. qətlə yetirdiyi şəxslə münasibətinin təsadüfi bir mesajdan yarandığını bildirib.  

Leyla U. "Evimə gələrək məni hamamda çimərkən güdüb, o vaxtdan bəyənib. Bacısına dedim ki, mən ailəliyəm. Qardaşına de məndən uzaq dursun. Eşitmədi, evimə gəlib başıma tapança dirədi. Dedi "Ərini öldürərəm. Onsuz da, bu, sənin ikinci evliliyindir. Heç kim sənə inanmayacaq". Mənimlə zorla cinsi əlaqədə oldu. Ondan sonra onunla 5-10 dəfə cinsi əlaqədə olduq. Ərim gecə növbəsi idi. O, bizə gecələr gəlirdi. "Ərindən boşan, mənimlə evlən" deyirdi".

Proses təxirə salınıb.

Məhəmməd Vaqif
Milli.Az