“MTV Azərbaycan”da dəyişiklik

13 Sentyabr 2019 13:38

"MTV Azərbaycan" kanalında yeni mövsümdən dəyişiklik olacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən mövsüm yayımlanan "Üç canlı" proqramı artıq efirə getməyəcək.

Verilişin aparıcıları Tofiq Hacıyev və Sabina Qafarova isə işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, verilişin yerinə başqa əyləncə formatında olan proqram yayımlanacaq.

Milli.Az