Türkiyədə avtomobil partladıldı - 4 ölü, 7 yaralı

12 Sentyabr 2019 21:14

Türkiyənin Diyarbəkr vilayətinin Kulp mahalı ilə Muş vilayəti arasında PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı mülki işçiləri daşıyan avtomobilin keçidi zamanı işə salınıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Diyarbəkr valiliyindən verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Terrorçuların ələ keçirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlanılıb.

Milli.Az