İllik maaşı 12 milyon avro olacaq

12 Sentyabr 2019 21:09

PSJ futbolçusu Marko Verratti ilə yeni müqavilə imzalamağa yaxındır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətinin 2024-cü ilin iyununa kimi uzadılacağı gözlənilir. Onun illik maaşının 12 milyon avro olacağı bildirilir.

Qeyd edək ki, Verratti hazırda ilinə 7 milyon avro qazanır.

Milli.Az