Həbib Nurməhəmmədovun növbəti rəqibi bəlli oldu

12 Sentyabr 2019 19:37

Dağıstan əsilli Rusiya təmsilçisi Həbib Nurməhəmmədovun növbəti rəqibi bəlli olub.

Milli.Az "Bizimyol.info"ya istinadən bildirir ki, bu, keçmiş ikiqat UFC çempionu, 38 yaşlı Corc Sen-Pyerdir.

Lakin, UFC prezidenti Den Vayt Həbibin növbəti rəqibi olaraq 35 yaşlı amerikalı döyüşçu Toni Ferqyusonu görür.

"Ferqyusonun nə istədiyi heçkəsin vecinə deyil. Bildiyimə görə, Həbibin növbəti rəqibi Corc Sen-Pyer olacaq. Mən də elə bunu istəyirdim. Toni istədiyinə nail ola bilməyəcək. Həbibin istədiyi olacaq. Həbib mənə Corc Sen-Pyerlə döyüşmək istədiyini desə, bu belə də olacaq. Corc mənim dostumdur. İnaniram ki, o da bu döyüşün baş tutmasını istəyir. Bu döyüş tarixin ən güclüsünü müəyyənləşdirəcək". - deyə Əbdül-Əziz qeyd edib.

Həbibin meneceri Əbdül-Əziz, Konorun Həbiblə "revanş" istəməsinə də münasibətini bildirib: "Bu döyüşün keçirilməsinə ehtiyac yoxdur. Həbib öz gücünü Konorla ilk qarşılaşmasında sübut etdi".

Qeyd edək ki, ötən gün Həbibin atası, eləcə də məşqçisi olan Abdulmanap Nurməhəmmədov növbəti döyüşün Moskva şəhərində keçirilməsini istədiklərini vurğulayıb.

Milli.Az