Bu ölkədə qatar relsdən çıxdı - 50 ölü

12 Sentyabr 2019 18:57

Konqo Demokratik Respublikasının cənubunda qatarın relsdən çıxması nəticəsində azı 50 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib.

Qəzanın səbəbləri ilə bağlı məlıumat verilməyib.

Hadisə yerində xilasedicilər işlərini davam etdirirlər.

Milli.Az