“KİA” ilə toqquşan motosikletli havada "uçdu": kaskası sayəsində sağ qaldı - VİDEO

12 Sentyabr 2019 19:34

Rusiyanın Samara əyalətində ağır yol qəzasına düşən motosikletli sağ qalıb. 

Milli.Az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, yüksək sürətlə hərəkət edən motosikletli, ona yol verməli olan "Kia Sportage" markalı  minik avtomobili ilə toqquşduğu görülür. Qəzanın şiddətində motosikletli havada "uçaraq" yerə çırpılır.

Xoşbəxtlikdən motosikletli qəzadan kaskası sayəsində ölümdən xilas olub. O, bədəninin müxtəlif yerlərindən qırıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az