Ölkəyə narkotik keçirmək istəyirdi, "ilişdi"

12 Sentyabr 2019 18:34

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, nəticədə ona məxsus 1 ədəd "Kent" markalı siqaret qutusunun içərisindən 4 ədəd bükümdə, çəkisi 0,802 qramolan psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az