"Nüvə müharibəsi başlaya bilər" - Sergey Ryabkov

12 Sentyabr 2019 17:39

Müasir beynəlxalq vəziyyətdə nüvə müharibəsinin başlaması riski mövcuddur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, mənfi dinamika son bir ildə xüsusilə çox müşahidə olunur.

S.Ryabkov əlavə edib ki, nüvə dövlətləri nüvə müharibəsinin qəbulolunmazlığını vurğulamalıdır.

Milli.Az