"Real"da növbəti itki - Modriç millimizlə oyunda zədələnib

12 Sentyabr 2019 16:39

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç zədələnib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu üzdən ulduz futbolçu bir müddət klubu "Real"a kömək edə bilməyəcək.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıda keçirilən qarşılaşmada zədələnən 34 yaşlı orta sahə oyunçusu qasıq nahiyəsində ağrılar hiss edib. "Kral klubu"nun həkimləri tərəfindən müayinə olunan futbolçunun təxminən 10 və ya 15 gün komandadan kənarda qalacağı müəyyənləşib.

Qeyd edək ki, 1:1 hesabı ilə nəticələnən Azərbaycan - Xorvatiya oyununda qonaqların yeganə qoluna penaltidən məhz Modriç imza atıb.

Milli.Az