Rusiya millisinin futbolçusu soyuldu

12 Sentyabr 2019 16:14

Krasnodarda naməlum şəxs eyni adlı yerli klubun məşhur futbolçusunun saatını oğurlayıb. Söhbət Rusiya Federasiyasının vətəndaşlığını qəbul edən braziliyalı futbolçu Aridən (Ariclenes da Silva Ferreira) gedir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, oğru "Krasnodar"ın oyunçusunun evinə pəncərədən girib. Nəticədə təxminən 23 milyon rubl dəyərində 12 saatı oğurlayıb.

Krasnodar DİN-in məlumatına görə oğru ələ keçib. Məhkəmə onun barəsində həbs qəti-imkan tədbiri seçib. Buna qədərsə o, oğurladığı bir neçə saatı sata bilib. Qalanlarını isə evin yaxınlığında boş bir binanın zirzəmisində gizlədib.
Satılmamış saatlar qanuni sahibinə verilib.

Milli.Az