Türkiyədə zəlzələ - Sakinlər təşviş içində

12 Sentyabr 2019 14:46

Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 3,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar beş kilometr dərinlikdə qeydə alınıb.

Təkanlar qonşu vilayətlərdə də hiss olunub.

Zəlzələ nəticəsində fəsad və ya itkilər qeydə alınmasa da, sakinlər arasında təşviş yaranıb.

Milli.Az