Tofiq Quliyevin bəstəsi məşhur türk serialında - VİDEO

13 Sentyabr 2019 04:04

Türkiyənin məşhur serialında Tofiq Quliyevin bəstəsi səsləndirilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Türkiyənin "Kanal 7" telekanalında yayımlanan məşhur "Yemin" serialında azərbaycanlı bəstəkarın musiqisi səsləndirilib.

Tofiq Quliyevin "Sevgi Nəğməsi" əsəri serialda rol azərbaycanlı aktrisanın gərgin anları ilə üst-üstə düşüb.

Qeyd edək ki, bu mahnının ən gözəl ifaçısı Azərbaycan SSR xalq artisti Şövkət Ələkbərova olub.

Milli.Az