Nazir: "Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır"

12 Sentyabr 2019 14:24

Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Vasili Kozlov deyib.

O bildirib ki, Rusiyanın region ölkələri ilə ticarətinin təxminən 50 faizi Azərbaycanın payına düşür. Azərbaycanda Rusiya kapitalı ilə 700-ə qədər şirkət işləyir:

"Öz növbəsində, Sverdlovsk vilayəti Azərbaycanda tərəfdaşlarla ticari-iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Biz Rusiyada işləmək istəyən azərbaycanlı biznesmenləri dəvət etmək niyyətindəyik. Bizim iqtisadiyyatımızın əsasını metallurgiya təşkil edir, Azərbaycana tibb avadanlığı tədarük etməyə hazırıq".

Milli.Az