Balakəndə 980 çətənə kolu aşkarlandı

12 Sentyabr 2019 13:43

Balakəndə xeyli sayda çətənə kolu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş çəkisi 750 kiloqram olan 980 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az