Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstənin üzvü Yerevanda medal qazanıbmış - FOTO

12 Sentyabr 2019 13:03

Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən birinin kimliyi müəyyənləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1992-ci il Sumqayıt sakini Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür.

O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında medal qazanan beş idmançımızdan biri olub. O, düz 10 il əvvəl (sentyabrın 11-də) həmin yarışda bürünc medal qazanıb.