Türkiyədə terror aktının qarşısı alındı

12 Sentyabr 2019 13:06

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilən xüsusi əməliyyat zamanı iki PKK terrorçusu saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, saxlanan şəxslər bəzi rayonlarda terror aktları həyata keçirməyi planlaşdırırdı.

Aparılan sorğu-sual zamanı məlum olub ki, onlar İraqın şimalında PKK düşərgələrində təlim keçib.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Milli.Az