Messi ayrılıq iddialarına münasibət bildirdi

12 Sentyabr 2019 12:21

"Barselona"dan ayrılacağı iddiaları yayılan Lionel Messi "Sport" nəşrinə açıqlama verib.

Milli.Az xəbər verir ki, argentinalı ulduz xəbərləri təkzib edib və komandada qalmaq fikrində olduğunu deyib:

"Barselona" mənim evimdir. Getmək deyil, qələbələr qazanmaq istəyirəm".

32 yaşlı hücumçunun Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Milli.Az