UEFA ötən mövsüm avrokuboklarda iştirak edən klubların topladığı azarkeş sayını açıqlayıb.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu baxımdan zirvədə "Barselona" qərarlaşır.
2018-19 mövsümündə Kataloniya klubunun oyunlarını ümumilikdə 1,44 milyon azarkeş izləyib. Bu baxımdan ikinci pillədə "Mançester Yunayted" qərarlaşır - 1,42 milyon. İlk "üçlüy"ü Dortmund "Borussiya"sı qapayır (1,37 milyon).
"Bavariya" (1,28) və "Real" (1,15) isə müvafiq olaraq 4-5-ci yerləri tuturlar.
Milli.Az