Braziliya milli komandasının və "Barselona"nın sabiq üzvü Ronaldinyo yenidən yaşıl meydanlara qayıdır.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi "Santa Fe" klubunun heyətində yoxlama oyununa çıxacaq. Bu barədə Kolumbiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Oktyabrın 17-də keçirilməsi planlaşdırılan oyunda rəqib məlum deyil.
Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə bitirib. 2003-2008-ci illərdə "Barselona"da çıxış etmiş Ronaldinyo, 97 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb
Milli.Az